"Amma biz ayaqüstə qalmalıyıq” Dünya

"Amma biz ayaqüstə qalmalıyıq”

Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, Zelenskiyə Belarusu bir dövlət kimi dözə bilməyəcəyi müharibəyə sürükləmək əmri verilir.

"Bilirsiniz, onlar üçün (xaricdəki bədxahlar) çətindir. Orada sıxlıqdır. Ona görə də biz bu müharibəyə cəlb olmalıyıq. Volodya Zelenski niyə belə davranır? Onunla yaxşı münasibətdə idik. Nə danışır, nəyi əskikdir? Ona əmr verirlər”, - Lukaşenko bildirib.

"Əgər biz (Belarus) müharibəyə cəlb edilsək, bu, çətin vəziyyətdir”, - deyən Belarus prezidenti Milad günü Loqoiskdəki (Minsk vilayəti) Müqəddəs Nikolay Möcüzəçi Kilsəsini ziyarət edərkən, “Biz bir dövlət olaraq sağ qala bilməyəcəyik. Buna görə də, Rəbbin və kilsənin bizə öyrətdiyi kimi, mən hər şeyi səbirlə və israrla edirəm. Gəlin öz işimizi görək. Zaman hər şeyi yenidən quracaq. Hər kəsə öz qiymətini zaman verəcək. Amma biz ayaqüstə qalmalıyıq”, – deyə prezident vurğulayıb.

Cavid