Dəməşq hava limanı beynəlxalq reyslərə açılıb Dünya

Dəməşq hava limanı beynəlxalq reyslərə açılıb

Suriyada Bəşər Əsəd rejiminin devrilməsi ilə dekabrın 8-də bağlanan və ilk daxili uçuşu dekabrın 18-də həyata keçirilən Dəməşq Beynəlxalq Hava Limanı bu gün beynəlxalq reyslərə açılıb.

Xalqcebhesi.az Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbər verir ki, ilk uçuş Dəməşqdən Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərinə 145 suriyalı sərnişinlə həyata keçirilib.

Daha sonra Qətərin paytaxtı Dohadan Dəməşq Beynəlxalq Hava Limanına ilk beynəlxalq uçuş olub.

Uçuş zamanı uzun illərdən sonra sərbəst şəkildə ölkələrinə qayıdan suriyalılar təyyarədə bayram keçiriblər.