Trampa sərt cavab: Qrenlandiya satılmır! Dünya

Trampa sərt cavab: Qrenlandiya satılmır!

Qrenlandiyanın gələcəyini satılmayan adanın sakinləri müəyyən etməlidir.

Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Danimarkanın Baş naziri Mette Frederiksen deyib.

"Qrenlandiya satılmır. Qrenlandiyanın gələcəyini başqası deyil, qrenlandiyalıların özləri müəyyənləşdirməsi vacibdir", - deyə danimarkalı siyasətçi TV2-yə verdiyi müsahibəsində bildirib.

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp 2024-cü ilin dekabrında Qrenlandiyanın ilhaqını “mütləq zərurət” adlandırıb, bunu ABŞ-ın milli təhlükəsizliyi ilə əlaqələndirib.