Jan-Mari Le Pen yanvarın 11-də doğma şəhərində dəfn olunacaq Dünya

Jan-Mari Le Pen yanvarın 11-də doğma şəhərində dəfn olunacaq

Fransanın Milli Cəbhə partiyasının (hazırda Milli Birlik) qurucusu Jan-Mari Le Pen Fransanın qərbindəki doğulduğu La Trinite-sur-Merdə dəfn ediləcək.

Siyasətçinin qızı Marin Le Penin sabiq ictimaiyyətlə əlaqələr üzrə müşaviri Arnaud Stefan BFMTV-yə bildirib.

"Jan-Mari Le Penin dəfn mərasimi ən ciddi məxfilik şəraitində, La Trinite-sur-Merdə ailəsinin iştirakı ilə keçiriləcək. Orada yalnız ailə olacaq", - deyə o bildirib.

"Ouest-France" qəzeti isə öz mənbələrinə istinadən dəfnin yanvarın 11-də keçiriləcəyini yazıb.

Qeyd edək ki, “Agence France-Presse” Jan-Mari Le Penin yanvarın 7-də 96 yaşında xəstəxanada vəfat etdiyini yazıb.

Hazırda partiyanın parlament fraksiyasına rəhbərlik edən qızı Marin Le Pen atasının öldüyü gün səfərdə olub və Parisə qayıdarkən onun ölüm xəbərini jurnalistlərdən öyrənib.