Trampın Ukrayna münaqişəsi ilə bağlı güzəştə getmək niyyəti yoxdur Dünya

Trampın Ukrayna münaqişəsi ilə bağlı güzəştə getmək niyyəti yoxdur

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Ukrayna münaqişəsinin nizamlanması məsələsində Rusiya Prezidenti Vladimir Putinə güzəştə getməyi planlaşdırmır.

Bu barədə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Fox News” telekanalında açıqlama verib.

“Başa düşmək lazımdır ki, Tramp Putinə və ya rusiyalılara nəsə verməyə çalışmır. Əslində o, Ukraynanı və onun suverenliyini xilas etmək istəyir”, - Kelloq vurğulayıb.

Eyni zamanda o, Trampın Ukraynadakı münaqişəni tez bir zamanda dayandırmaq istədiyini bəyan edib.