Nebenzya: ABŞ və Cənubi Koreyanın KXDR sərhədləri yaxınlığındakı təlimləri beynəlxalq hüququ pozur Dünya

Nebenzya: ABŞ və Cənubi Koreyanın KXDR sərhədləri yaxınlığındakı təlimləri beynəlxalq hüququ pozur

ABŞ, Yaponiya və Cənubi Koreyanın KXDR sərhədləri yaxınlığında birgə hərbi təlimləri beynəlxalq hüququn sistemli şəkildə pozulmasından başqa bir şey deyil.

“TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Pxenyanın rəqiblərinin aqressiv xəttinin bariz təzahürü bu yaxınlarda KXDR sərhədləri yaxınlığında keçirilən birgə hərbi təlimlər oldu. Bu təlimlər birdəfəlik birgə manevrlərdən üç ölkənin təyyarədaşıyanları, esminesləri, bombardmançıları və ən son nəsil qırıcılarının iştirak etdiyi müntəzəm genişmiqyaslı əməliyyatlara çevrilib”, - diplomat vurğulayıb.