Bayden İtaliyaya səfəri zamanı Romanın Kiyevə dəstəyini müzakirə edəcək Dünya

Bayden İtaliyaya səfəri zamanı Romanın Kiyevə dəstəyini müzakirə edəcək

ABŞ Prezidenti Co Bayden İtaliyaya səfəri zamanı ölkə rəhbərliyi ilə Romadan Ukraynaya gələcək dəstəyi müzakirə etmək niyyətindədir.

Bu barədə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat yayıb.

“İtaliya Ukraynanı dəstəkləmək üçün bir neçə milyard dollar töhfə verərək, sadiq dəstəkçi olaraq qalır”, - Kirbi qeyd edib.