Bayden Kaliforniyada meşə yanğınları səbəbindən İtaliya səfərini ləğv edib Dünya

Bayden Kaliforniyada meşə yanğınları səbəbindən İtaliya səfərini ləğv edib

ABŞ lideri Co Bayden Kaliforniyada meşə yanğınları səbəbindən İtaliyaya səfərini təxirə salıb.

Bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirmişdi ki, Bayden İtaliyaya səfəri zamanı Romadan Ukraynaya gələcək dəstəyi ölkə rəhbərliyi ilə müzakirə etmək niyyətindədir.