Yaponiyada eniş edən təyyarənin təkəri partlayıb Dünya

Yaponiyada eniş edən təyyarənin təkəri partlayıb

Yaponiyanın paytaxtı Tokioda Haneda hava limanında baş verəcək faciənin eşiyindən dönülüb.

Xalqcəbhəsi.az Türkiyənin “ensonhaber.com” saytına istinadən xəbər verir ki, İşikava əyalətindəki Komatsu hava limanından havaya qalxan və Yaponiya Hava Yollarına (JAL) məxsus JL182 nömrəli Boeing 737-800 tipli təyyarənin sol təkərlərindən biri eniş zamanı partlayıb. Qəzaya baxmayaraq təyyarə təhlükəsiz eniş edib və hadisə zamanı göyərtədə olan 65 sərnişin və ekipaj üzvü arasında ölən və yaralanan olmayıb.

Bildirilib ki, təkər dəyişdirildikdən sonra təyyarə taksi yoluna çıxıb və aprona yaxınlaşıb. Yaponiyanın Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyi uçuş-enmə zolağının təxminən 25 dəqiqə hava hərəkətinə bağlı qalması səbəbindən 15 reysin təxirə salındığını açıqlayıb. Həmçinin bu gün eyni təyyarə ilə həyata keçirilməsi gözlənilən 2 reysin ləğv edildiyi bildirilib.

Qeyd edək ki, qəzanın səbəblərini müəyyən etmək üçün araşdırmalara başlanılıb.