MN: Türkiyə Silahlı Qüvvələri Suriyanın ərazi bütövlüyünə hörmət edərək sərhədyanı əməliyyatları davam etdirmək əzmindədir Dünya

MN: Türkiyə Silahlı Qüvvələri Suriyanın ərazi bütövlüyünə hörmət edərək sərhədyanı əməliyyatları davam etdirmək əzmindədir

Türkiyə Silahlı Qüvvələri terror qruplaşmaları silahlarını yerə qoymadığı halda Suriyanın ərazi bütövlüyünə hörmət edərək sərhədyanı əməliyyatları davam etdirmək əzmindədir.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Əlavə olunub ki, Türkiyə Silahlı Qüvvələri Tişrin bəndi kimi strateji infrastrukturlardan istifadə edərək PKK/YPG/SDG terror təşkilatlarının bölgədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almaqda da qərarlıdır.