Allahşükür Paşazadə Səudiyyədə səfərdədir
9 Yanvar 20:17
9 Yanvar 20:17
9 Yanvar 19:56
9 Yanvar 18:08
9 Yanvar 13:19
Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Hatayın Reyhanlı rayonundakı Cilvegözü Sərhəd qapısında açıqlama verib.
Xalqcəbhəsi.az Türkiyənin “ahaber.com.tr” saytına istinadən xəbər verir ki, nazir 8 dekabrdan bu yana 52 min 622 suriyalının könüllü, təhlükəsiz, şərəfli və nizamlı şəkildə ölkələrinə qayıtdığını bildirib.
Ə.Yerliqaya vurğulayıb ki, suriyalı qardaşlarımızın üzünə təkcə sərhəd qapılarımızı deyil, həm də qəlbimizin qapılarını açdıq: “Çünki tariximiz və mədəniyyətimiz bizdən ehtiyacı olanlara arxa çevirməyi deyil, onlara əl tutmağı tələb edir. Bu gündən etibarən 2 milyon 880 min suriyalı var. Onların şərəfli və təhlükəsiz qayıdışı davam edir”.
Nazir həmçinin deyib ki, 2017-ci ildən bu günədək təhlükəsiz şəkildə ölkələrinə qayıdanların sayı 792 min 625 nəfərə çatıb: “Suriya azadlığını əldə etməzdən əvvəl geri dönənlərin sayı ayda ortalama 11 min 66 nəfər olub. Dekabrın 8-dən əvvəlki 11 ayı araşdırdığımız zaman bu, 11 mindən bir qədər yuxarıdır”.