Netanyahu ölkəmizə gəlsə, həbs edilməyəcək - Tusk Dünya

Netanyahu ölkəmizə gəlsə, həbs edilməyəcək - Tusk

İsrailin Baş naziri Benyamin Netanyahu Osventsimdə Auşvits-Birkenau faşist həbs düşərgəsinin azad edilməsinin 80-ci ildönümü ilə bağlı tədbirlərə qatılacağı təqdirdə Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında həbs edilməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa hökumətinin başçısı Donald Tusk deyib.

"Bəli, təsdiq edirəm. İsrail dövlətinin baş naziri, ya prezidenti və ya təhsil naziri, indicə elan etdiyim kimi, onlardan kim Osventsimə tədbirlər üçün gəlsə, təhlükəsizliklə təmin olunacaqlar. Onların heç biri saxlanılmayacaq”, - deyə o bildirib.