Türkiyədə işçi avtobusunun aşması nəticəsində 17 nəfər yaralanıb Dünya

Türkiyədə işçi avtobusunun aşması nəticəsində 17 nəfər yaralanıb

Türkiyənin Malatya bölgəsinin Doğanşehir rayonunda işçiləri aparan mikroavtobusun aşması nəticəsində 17 nəfər xəsarət alıb.

Xalqcəbhəsi.az Türkiyənin “sozcu.com.tr” saytına istinadən xəbər verir ki, hadisə yerinə jandarma və sağlamlıq qrupları gəlib.

Qeyd olunub ki, mikroavtobus sürücünün sükanı itirməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəzada biri ağır olmaqla 17 nəfər yaralanıb. Malatya valisi Səddar Yavuz sosial media hesabından etdiyi paylaşımda “Mikroavtobusun tək tərəfli qəzası nəticəsində bir işçi qardaşımız ağır yaralanıb, digər 16 yaralımız isə səhiyyə müəssisəsinə aparılıb. Tezliklə sağalmaları üçün Allahdan onlara şəfa diləyirəm” deyib.