Hakan Fidan: Rusiya Əsədin devrilməsi prosesində rasional hərəkət edib Dünya

Hakan Fidan: Rusiya Əsədin devrilməsi prosesində rasional hərəkət edib

“Rusiya Əsədin devrilməsi prosesində rasional hərəkət edib”.
APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
Nazir bildirib ki, Rusiya 2016-cı ilin səhvini təkrarlamadı: “Onlar müdaxilə edə bilərdilər, buna hərbi gücləri də var idi, amma etmədilər. Bəşər Əsədin dəstəklənməsinin nə Rusiyaya, nə bölgəyə hər hansı faydası olmadığını qənaətinə gəldilər. Rusiya proseslərdə rasional aktor kimi davrandı. Rus hərbçilərinin Suriyada gələcəyi məsələsi açıq qalır. Bundan sonrakı razılaşma necə olacaq hamımız birlikdə görəcəyik”.

Hakan Fidan Trampın gəlişi ilə Amerikanın xarici siyasətində köklü dəyişikliklər olacağına da toxunub: “Biz Donald Trampın Qəzzada atəşkəs istəyini dəstəkləyirik. Onun təhdid xarakterli cümlələrinin məqsədinin atəşkəs prosesini sürətləndirmək olduğunu görürük”.