Şahbaz Şərif Bakıya gəlir: Sazişlər olacaq
10 Yanvar 22:36
10 Yanvar 22:36
10 Yanvar 13:19
Rusiya Ukrayna ordusunun Donetsk şəhərini atəşə tutmasından sonra dağıntıların aradan qaldırılmasına könüllüləri cəlb edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Donetsk şəhərinin “meri” Aleksey Kulemzin məlumat verib.
“Şəhərin kommunal xidmətləri, idarəetmə şirkətlərinin nümayəndələri, pərakəndə satış obyektlərinin sahibləri, qəzalı binaların sakinləri və könüllülər dərhal binaların istilik konturlarını bərpa etməyə başlayıblar”, - o bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Donetski atəşə tutub. Ehtimal edilir ki, zərbələr HİMARS çoxsaylı buraxılış raket sistemindən həyata keçirilib. Ümumilikdə altı raket atılıb. Son məlumatlara görə, dörd mülki şəxs yaralanıb, supermarket, binalara ziyan dəyib.