Bu, çox ağır sanksiyadır, ciddi reaksiya verəcəyik - Vuçiç Dünya

Bu, çox ağır sanksiyadır, ciddi reaksiya verəcəyik - Vuçiç

“Naftna Industrija Srbije” (NIS) şirkətinə qarşı çox ciddi sanksiyalar tətbiq olunub.

Xalqcebhesi.az xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-ın sanksiya qərarını şərh edərkən deyib.

“Bu, Serbiyada bir şirkətə tətbiq edilən ən ağır sanksiyadır. Ölkəmiz bu məsələdə məsuliyyətli və ciddi reaksiya verəcək. ABŞ-ın sanksiyaları çox sərtdir və bunu pozanlar üçün ciddi nəticələrə malikdir. NIS son 16 ildə Serbiyanın həm büdcəsinə, həm də çoxsaylı inkişaf layihələrinə əhəmiyyətli töhfə verib”, - Vuçiç vurğulayıb.

Qeyd edək ki, Serbiya hökuməti 2008-ci ildə NIS şirkətini Rusiyanın “Qazprom Neft” şirkətinə satıb.