Qrenlandiya satılmır, lakin... - Frederiksen Dünya

Qrenlandiya satılmır, lakin... - Frederiksen

Qrenlandiya müstəqillik əldə etməyə çalışır və nə Amerika, nə də Danimarkaya aid olmaq istəyir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə adanın baş naziri Mute Egede Danimarkanın baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında bildirib.

Egede qeyd edib ki, ada ABŞ-la əməkdaşlığa açıqdır, lakin onun taleyi yerli sakinlər tərəfindən həll olunacaq.

M.Frederiksen isə adanın müstəqillik arzularını qanuni və başa düşülən adlandırıb, amma ABŞ-ın marağını müsbət qiymətləndirib. Bununla yanaşı, baş nazir Qrenlandiyanı krallığın tərkibində saxlamaq istədiyini vurğulayıb.

Frederiksen əlavə edib ki, Qrenlandiya satılmır, lakin Danimarka ABŞ-la adanın resurslarının işlənməsi sahəsində əməkdaşlığa hazırdır. O, həmçinin adanın müdafiəsinə kifayət qədər investisiya qoyulmadığını etiraf edib.