Almaniya bu baza üçün 400 milyon ayırır Dünya

Almaniya bu baza üçün 400 milyon ayırır

Almaniya yeni hərbi-dəniz təyyarələrinin tikintisinə və aviasiya bazasının modernləşdirilməsinə təxminən 400 milyon avro sərmayə qoymağı planlaşdırır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Şimal dənizində yerləşən bazaya səfəri zamanı bildirib.

Onun sözlərinə görə, bu sərmayələr sayəsində Nordholz hərbi-dəniz aviasiya bazası qarşıdakı onillikdə Avropanın ən müasir hərbi aerodromuna çevriləcək.

Pistorius hibrid hücumların, xüsusən də Rusiya tərəfindən Qərb ölkələrinə qarşı Baltik dənizində təhdidlərin davam etdiyini də vurğulayıb.

Qeyd edək ki, hazırda hərbi-dəniz aviasiyasının bütün silah sistemləri modernləşdirilir. Baza səkkiz ədəd "Boinq P-8A Poseydon" dəniz patrul təyyarəsi, həmçinin 49 ədəd "NHIndustries NH90" helikopteri ilə təchiz ediləcək.