Ukrayna Şimali Koreya hərbçilərini əsir götürdü
11 Yanvar 20:02
11 Yanvar 20:02
10 Yanvar 22:36
10 Yanvar 13:19
Bəşər Əsədin devrilməsindən əvvəl prezident sarayındakı son anların təfərrüatı açıqlanıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriyanın devrilmiş prezidentinin keçmiş mətbuat katibi Kamel Sakr “Əl Ərəbiyyə” telekanalına danışıb.
O, Əsədin prezident sarayını sonuncu tərk etdiyini təsdiqləyib.
Sakrın sözlərinə görə, Rusiya Bəşər Əsədin Hələbin süqutundan sonra İranın hərbi yardımını Suriya ordusuna ötürmək üçün Xmeymim bazasından istifadə etmək tələblərinə cavab verməyib. Həmçinin Əsəd qaçmazdan əvvəl 3 gün Putinlə əlaqə saxlamağa çalışıb.
Sakr bildirib ki, İraqın hava məkanından keçməklə Xmeymim istiqamətində hərəkət edən İran təyyarəsi ABŞ tərəfindən vurulmaqla hədələnib və bu da onu geri qayıtmağa məcbur edib. Bu, son dərəcə ağır vəziyyətdə olan Suriya ordusunun durumunu daha da çətinləşdirib.
Türkiyə ilə münasibətlərin korlanmasına gəlincə, Sakr qeyd edib ki, Əsəd Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməkdən imtina edib. Halbuki Rusiya buna çox cəhd edib və Əsədi bu görüşün vacibliyinə inandırmaq istəyib, Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev isə Ərdoğanla Əsəd arasında görüşü təşkil etmək üçün çalışıb.