Ukrayna Şimali Koreya hərbçilərini əsir götürdü
11 Yanvar 20:02
11 Yanvar 20:02
10 Yanvar 22:36
10 Yanvar 13:19
Avropada sürətlə yayılan tənəffüs yolu infeksiyaları Yunanıstanda ciddi vəziyyət yaradıb.
Xalqcebhesi.az Milli.az-a istinadən xəbər verir ki, Yunanıstan Milli İctimai Sağlamlıq Təşkilatının (EODY) son hesabatına əsasən, qrip və HMPV virusu səbəbilə 7 nəfər reanimasiyaya yerləşdirilib, 1 nəfər isə ölüb.
Reanimasiyada müalicə olunan 7 xəstənin yaşlarının 19 ilə 81 arasında dəyişdiyi və onlardan üçünün kişi, dördünün isə qadın olduğu bildirilib.
Mütəxəssislər qrip və HMPV kimi tənəffüs yolu infeksiyalarının artmasının yaxın regionlar üçün də təhlükə yarada biləcəyini bildirirlər.
Yeni epidemiyanın Azərbaycana təsir edib-etməyəcəyi hələlik bilinməsə də, bu mövzuda tədbirlər görmək və məlumatlı olmaq əhəmiyyətlidir.