Slovakiya deputatları Moskvaya getdilər Dünya

Slovakiya deputatları Moskvaya getdilər

Slovakiya parlamentinin nümayəndə heyəti Moskvaya səfər edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASR agentliyi məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətinə parlamentin iki vitse-spikeri - Andrey Danko və Tibor Qaspar başçılıq edir.

Bildirilib parlamentarilər Moskvada Rusiya qazının Slovakiyaya nəqlinin davam etdirilməsi və Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması perspektivlərini müzakirə etməyi planlaşdırırlar.

Səfər yanvarın 15-dək davam edəcək.