Suriya ilə bağlı toplantının iştirakçıları ölkədəki siyasi proseslərə dəstək məsələsini müzakirə ediblər Dünya

Suriya ilə bağlı toplantının iştirakçıları ölkədəki siyasi proseslərə dəstək məsələsini müzakirə ediblər

Ər-Riyadda Suriyadakı vəziyyətlə bağlı keçirilən danışıqlarda iştirak edənlər, Dəməşqdə hakimiyyət dəyişikliyindən sonra Suriyada siyasi prosesə dəstək yollarını müzakirə ediblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair bəyanatında deyilir.

“İştirakçılar Suriyada siyasi keçid prosesinə dəstək məsələsini müzakirə ediblər. Hansı ki, Suriyanın siyasi və ictimai qüvvələri bütün suriyalıların hüquqlarına hörmət edilməklə təmsil olunacaqlar”, - sənəddə qeyd edilir.

İştirakçılar həmçinin “Suriyanın müstəqilliyinə və suverenliyinə hörmət etməklə, dialoq, dəstək, məsləhət və məsləhətləşmələr yolu ilə müxtəlif tərəflər arasında istənilən problem və ya narahatlığı aradan qaldırmaq üçün” işləməyə hazır olduqlarını bildiriblər.