İrəvana uçan təyyarənin yanacağı bitdi Dünya

İrəvana uçan təyyarənin yanacağı bitdi

Rusiyanın paytaxtı Moskvadan İrəvana uçan “Aeroflot” şirkətinə məxsus sərnişin təyyarəsi yanacağının bitməsi səbəbindən Mahaçqalada məcburi eniş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, Mahaçqalada məcburi eniş edən "Aeroflot" təyyarəsi bir müddət sonra yenidən İrəvana uçub.

Aviaşirkət hələlik heç bir açıqlama verməyib.