Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb Dünya

Kaya Kallas Suriyanın XİN rəhbəri ilə görüşüb

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Riyadda Suriya ilə bağlı keçirilən görüşdə Suriya keçid hökumətinin xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə görüşüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kaya Kallas "X" sosial şəbəkəsində paylaşım edib.

"Əsəd Həsən əl-Şeybani ilə ilk görüşümü keçirdim. İndi bütün azlıqların hüquqlarını qoruyan sülhsevər və inklüziv keçid prosesini təmin etməklə Suriya üçün yeni rəhbərliyin yaratdığı ümidləri doğrultma vaxtıdır. Növbəti mərhələdə isə Aİ-nin Xarici İşlər Nazirləri ilə sanksiyaların yüngülləşdirilməsini müzakirə edəcəyik," - deyə o bildirib.