“Fransa Əlcəzair üzərində də öz hegemoniyasını göstərmək istəyir” Dünya

“Fransa Əlcəzair üzərində də öz hegemoniyasını göstərmək istəyir”

“Fransa ilə Əlcəzair arasındakı münasibətlərin o qədər müsbət məcrada getmədiyinin zaman-zaman şahidi oluruq. İndi Fransa əlcəzairli blogeri Əlcəzairin qəbul etməyərək geri göndərə biləcəyini bilə-bilə yenə də deport edib ora göndərir. Bu addımlar da aradakı münasibətləri daha da gərginləşdirir”.

Bunu xaqlcəbhəsi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

M.Göyüşlü əlavə edib ki, Fransa Əlcəzair üzərində də öz hegemoniyasını göstərmək istəyir: “Fransa təkcə Əlcəzairdə deyil, digər Afrika ölkələrində də diqtə siyasəti ilə çıxış etmək istəyir. Hər dəfə də bu davranışlarda, münasibətlərdə Fransa məğlub şəkildə ayrılır. O baxımdan ki, istər Əlcəzair, istər digər Afrika ölkələri Fransanın layiqli şəkildə cavabını verirlər. Onlar Fransanın bu davranışlarına etirazlarını bildirərək təhqiramiz hərəkətlərini qəbul etmədiklərini göstərirlər. Məncə, Fransa, onun prezidenti bundan dərs çıxarmalıdır və tərəfdaşları, Afrika ölkələri ilə münasibətlərdə daha sivil, hörmət ruhunda olan davranışlar göstərməlidir”.

Röya İsrafilova