Bayden və Netanyahu Qəzzada atəşkəsi müzakirə edib Dünya

Bayden və Netanyahu Qəzzada atəşkəsi müzakirə edib

ABŞ Prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı Qəzzada atəşkəs barədə danışdıqları bildirilib.

Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə Türkiyənin “sondakika.com” saytı məlumat paylaşıb.

Məlumatda bildirilir ki, Ağ Evin sözçüsü Bayden və Netanyahu arasında telefon danışığı ilə bağlı yazılı açıqlama verib. Açıqlamada qeyd edilib ki, iki lider ötən il prezident tərəfindən açıqlanan və BMT Təhlükəsizlik Şurasının yekdilliklə təsdiq etdiyi 27 may 2024-cü il tarixli tənzimləmə əsasında atəşkəs və girovların azad edilməsi sazişi üçün Dohada davam edən danışıqları müzakirə ediblər.

Görüş zamanı Livanla atəşkəs razılaşması, Suriyada Əsəd rejiminin devrilməsi və İranın bölgədəki gücünün zəifləməsi kimi məsələlərin müzakirə edildiyi bildirilib. Həmçinin Bayden Qəzzaya humanitar yardımların artırılmasının, atəşkəsin və girovların təcili qaytarılmasının vacibliyini vurğulayıb. Bildirilib ki, Netanyahu Baydenə İsrailə ömürlük dəstəyinə və ABŞ-nin İsrailin təhlükəsizliyinə və milli müdafiəsinə verdiyi töhfəyə görə təşəkkür edib.