Yaponiyada 6,9 bal gücündə zəlzələ Dünya

Yaponiyada 6,9 bal gücündə zəlzələ

Yaponiyanın cənub-qərbində, Miyazaki əyaləti sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteorologiya Agentliyinin (JMA) məlumatına görə, yerli vaxtla saat 21:19-da baş verən zəlzələ 30 kilometr dərinlikdə qeydə alınıb.

ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin maqnitudasının 6,8 olduğunu açıqlayıb. Dövlət televiziyası NHK bildirib ki, zəlzələdən sonra Miyazaki və Koçi əyaləti sahilləri üçün "nəhəng dalğa" xəbərdarlığı edilib.

Rəsmi Kyodo xəbər agentliyinin məlumatına görə, yeraltı təkanlar Miyazakinin də daxil olduğu Kyuşu bölgəsi boyunca olan əyalətlərdə hiss olunub.