9 PUA stansiyaya hücum etdi, Kremldən dərhal reaksiya Dünya

9 PUA stansiyaya hücum etdi, Kremldən dərhal reaksiya

Ukrayna Silahlı Qüvvələrinin Krasnodar vilayətində yerləşən “Russkaya” kompressor stansiyasına hücumu enerji terrorudur.

Xalqcebhesi.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində bildirib.

Qeyd edək ki, daha öncə Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kiyev Avropaya qaz tədarükünü dayandırmaq üçün “Türk axını” ilə qaz tədarük edən “Russkaya” kompressor stansiyasına doqquz təyyarə tipli PUA ilə hücum edib.

Kompressor stansiyası adi qaydada kəmərə qazın verilməsini davam etdirir.