Çin qəbul etmir: 2 milyon barrel rus nefti dənizdə “üzür” Dünya

Çin qəbul etmir: 2 milyon barrel rus nefti dənizdə “üzür”

2 milyon barreldən çox Rusiya nefti daşıyan üç tanker ABŞ sanksiyaları səbəbindən Çinin şərq sularında qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Blumberq” məlumat yayıb.

Bildirilib ki, gəmilərdən ikisi sahildə, üçüncüsü isə Sarı dənizdə gözləyir, çünki Şandun əyalətinin limanlarını idarə edən şirkət sanksiyalar altında olan gəmiləri qəbul etməyi qadağan edib.

Həmçinin qeyd edilir ki, Rusiyanın “Qazprom” şirkətinin maye qaz daşıyan gəmisi də İspaniya sahilləri yaxınlığında gözləyir.

Xatırladaq ki, ABŞ yanvarın 10-da Rusiyanın iki ən böyük neft ixracat şirkəti olan “Qazprom Neft” və “Surqutnefteqaz”a qarşı bloklayıcı sanksiyalar tətbiq edib. Onlarla dollar və ya Amerika maliyyə sistemindən istifadə edərək maliyyə əməliyyatları aparmaq qadağan edilib. Böyük Britaniya da eyni şirkətlərə qarşı sanksiyalar tətbiq edib.