Fransa səfiri İran XİN-ə çağırıldı: Buna görə etiraz edildi Dünya

Fransa səfiri İran XİN-ə çağırıldı: Buna görə etiraz edildi

Fransanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.

Bəqayi bildirib ki, səfirlə görüşdə Fransanı terrorizmi dəstəkləməkdən imtina etməsi barədə çağırış edilib.

Onun sözlərinə görə, terrorçuları dəstəkləməkdən imtina etmək məcburi beynəlxalq hüquqi öhdəlikdir.

O əlavə edib ki, bu məsələdə ikili standartlar qanunsuzluğa səbəb olacaq.

Qeyd edək ki, Fransa “Mücahidin-e-Xalq” terror təşkilatının toplantısına ev sahibliyi etmək qərarı verib.