Cənubi Koreya Şimali Koreyadan bir neçə raket atdığını qeydə alıb Dünya

Cənubi Koreya Şimali Koreyadan bir neçə raket atdığını qeydə alıb

Şimali Koreya Yapon dənizinə doğru “naməlum mərmi” atıb.

Bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

News1 agentliyinin verdiyi hesablamalara görə, söhbət ballistik raketdən gedir.

Yonhap daha sonra məlumat verdi ki, Cənubi Koreya ordusu KXDR-dən bir neçə şübhəli qısa mənzilli ballistik raketlərin buraxılışını qeydə alıb.

Seulun məlumatına görə, buraxılış yerli vaxtla saat 09:30-da (Moskva vaxtı ilə 03:30) Çaqando əyalətinin Kanqye şəhəri ərazisindən Yapon dənizinə doğru həyata keçirilib. "Silahlı qüvvələr əlavə atışlar zamanı nəzarəti gücləndirir, ABŞ və Yaponiya ilə məlumat mübadiləsi aparır və tam hazır vəziyyətdədir", - Birləşmiş Qərargah Rəisləri bildirib.

Cavid