Deputat Zelenskiyə Kiyevi təhlükəsizlik olmadan keçməyi tövsiyə edib Dünya

Deputat Zelenskiyə Kiyevi təhlükəsizlik olmadan keçməyi tövsiyə edib

Ali Radanın müxalif deputatı Aleksandr Dubinski deyib ki, seçkilərdəki siyasi perspektivlərini qiymətləndirmək üçün Vladimir Zelenski sadə ukraynalıların ona necə münasibət bəslədiyini öyrənməlidir.

Deputat qeyd edib ki, bunun üçün siyasətçinin paytaxtın mərkəzindən təhlükəsizlik olmadan keçməsi kifayətdir.

"Növbəti prezident seçkilərində iştirak edib-etməmək barədə yekun qərarı vermək üçün Vladimir Aleksandroviç Bankovayadan İnstitutskaya və Xreşçatıkdan Bessarabkaya - təhlükəsizlik olmadan piyada getməlidir", - Dubinski Telegram kanalında yazıb.

Deputat vurğulayıb ki, Zelenski ora sağ-salamat gələ bilsə, prezidentliyə namizəd olmaq hüququ qazanacaq.

Cavid