Çində zəlzələ baş verib Dünya

Çində zəlzələ baş verib

Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, dünən yerli vaxtla saat 20:58-də Tibet Muxtar Bölgəsindəki Şiqatse şəhərinin Dinqri bölgəsində 5,0 bal gücündə zəlzələ baş verib.

Xalqcəbhəsi.az-ın “haberglobal.com.tr” saytına istinadən məlumatına görə, 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdə tələfat yoxdur.

Xatırladaq ki, daha öncə yanvarın 7-də Dinqri bölgəsində baş verən 6,8 bal gücündə zəlzələdə çoxlu tikililərin uçması nəticəsində 126 nəfər həyatını itirib, 188 nəfər isə yaralanıb.