Kreml Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq sənədə münasibət bildirib Dünya

Kreml Ermənistanla ABŞ arasında imzalanacaq strateji tərəfdaşlıq sənədə münasibət bildirib

Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın inkişafı İrəvanın suveren hüququdur.

APA xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov vurğulayıb ki, Rusiya Ermənistanla əlaqələrini qurmaq niyyətindədir.

Qeyd edək ki, yanvarın 14-də Vaşinqtonda xarici işlər naziri Ararat Mirzoyan və dövlət katibi Entoni Blinken Ermənistanla Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalayacaqlar.