Rusiyada Amur pələngi insan ölümünə səbəb olub Dünya

Rusiyada Amur pələngi insan ölümünə səbəb olub

Rusiyada Amur pələngi insana hücum edərək öldürüb.

TASS agentliyi xəbər verir ki, hadisə Vladivostok şəhərindən təxminən 480 kilometr şimal-şərqdə, Dalnereçenski rayonunun Zimniki kəndi yaxınlığında baş verib.

Polis hadisə ilə əlaqədar araşdırmalara başlayıb.

Qeyd edək ki, Amur pələngi Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilməkdə olan heyvan növlərindəndir.