ABŞ Rusiya və Çin maşınlarını qadağan etdi
14 Yanvar 23:35
14 Yanvar 23:35
14 Yanvar 22:17
14 Yanvar 22:16
14 Yanvar 21:12
Yunanıstan turistlərə qısamüddətli kirayə verilən mənzillərə dair tələbləri sərtləşdirməyi planlaşdırır. Qaydalar yerli Turizm Nazirliyi tərəfindən parlamentə təqdim edilən yeni qanunda müəyyən edilib. Onlar qüvvəyə mindikdən sonra minlərlə mülk sahibi öz əmlakını gündəlik olaraq icarəyə vermək imkanını itirəcək.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, turistlərin ilk növbədə qeyri-yaşayış binalarında, daha sonra isə xüsusi dəyişdirilmiş binalarda - anbarlarda, zirzəmilərdə, keçmiş sənaye və ya sənətkarlıq emalatxanalarında məskunlaşması qadağan ediləcək. Yaxın keçmişdə uzunmüddətli gəlir ümidi ilə bu cür mülklərə sərmayə qoyanlar gəlirdən kənarda qalacaqlar.
Qısa müddətə icarəyə verilə bilən yaşayış binalarına dair tələblər indi daha aydın və ətraflı şəkildə göstəriləcək. Onların təbii işıqlandırılması və yaxşı havalandırması olmalıdır. Mənzil sığortalanmalı, elektrik təhlükəsizliyi sertifikatlarına malik olmalı, yanğınsöndürmə infrastrukturu və ilk tibbi yardım vasitələri ilə təchiz olunmalıdır. Bundan əlavə, binalar zərərvericilərə qarşı sanitar nəzarətdən keçməlidir. Mülk sahibinin bu prosedurların tamamlandığına dair sertifikatı olmalıdır.
Hakimiyyət orqanları bu qaydalara əməl olunmasına nəzarət edəcəklərini vəd edirlər. Yoxlamalar olacaq, lakin onlar gözlənilməz olmayacaq - yoxlamadan 10 gün əvvəl mülk sahibinə məlumat veriləcək. Qanuna əməl edilməməsi 5 min avro məbləğində böyük inzibati cərimə ilə nəticələnəcək və təkrar qanun pozuntusuna yol verənlər üçün daha ağır cəzalar nəzərdə tutulur. Cərimə təkcə pozuntulara görə deyil, həm də müfəttişlərə girişə icazə verilmədiyi təqdirdə tətbiq ediləcək.
Kirayə Ev Sahibləri Assosiasiyasının üzvləri Turizm Nazirliyinin planlarından sonra şoka düşüblər. Onlar deyirlər ki, xüsusilə mübahisəli olan yaşayış məkanına çevrilmiş yerlərə qadağa qoyulmasıdır. Məsələn, Afinada bütün məhəllələr onlara yeni nəfəs vermək üçün bu yaxınlarda həmin şəkildə yenidən qurulub. Fəallar qanunun Konstitusiyaya zidd elan edilməsi üçün məhkəməyə müraciət etməyi, həmçinin pik aylarda tətillər keçirməyi planlaşdırırlar. Bu, turizm gəlirlərinə əhəmiyyətli bir zərbə ola bilər, belə ki, keçən il qısamüddətli icarə gəliri 830 milyon dollar olaraq qiymətləndirilmişdi.