AB-nin strateji muxtariyyətinin tərəfdarıyıq - Szinpin Dünya

AB-nin strateji muxtariyyətinin tərəfdarıyıq - Szinpin

Çin Avropanı çoxqütblü dünyanın mühüm qütbü hesab edir və Avropa Birliyi üçün strateji muxtariyyətin tərəfdarıdır.

Xalqcebhesi.az xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Szinpin Avropa Birliyi Şurasının sədri Antonio Kosta ilə telefon danışığı zamanı deyib.

"Çin həmişə Avropanın çoxqütblü dünyada mühüm qütb olduğuna inanıb və Avropaya inteqrasiyanı və AB-nin strateji muxtariyyətini dəstəkləyib", - Szinpin bildirib.

Çin lideri ölkəsi və AB arasında heç bir geosiyasi ziddiyyətlərin olmadığını da əlavə edib.