Saakaşvilinin cangüdəni Rusiyanın qara siyahısına salındı Dünya

Saakaşvilinin cangüdəni Rusiyanın qara siyahısına salındı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin keçmiş mühafizəçisi, Rusiyada terror aktı törətməkdə təqsirli bilinən Mixail Baturinin adı terrorçu və ekstremistlər siyahısına əlavə edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Rosfinmonitorinq” saytında məlumat verilib.

“Baturin Mixail Viktoroviç, 06.01.1980-ci il təvəllüdlü, Gürcüstan SSR”, - idarənin saytında deyilir.

Qeyd edək ki, ötən ilin noyabrında Rusiya İstintaq Komitəsi Gürcüstan vətəndaşı Mixail Baturinə qarşı terror aktı törətməkdə və muzdlu olmaqda şübhəli bilinərək cinayət işi açıb.