Pezeşkian: ABŞ və ya İsrail hücum edərsə, İran cavab verəcək Dünya

Pezeşkian: ABŞ və ya İsrail hücum edərsə, İran cavab verəcək

İran hərbi münaqişəyə can atmır, lakin ABŞ və ya İsrail onun ərazisinə hücum edərsə, buna cavab verəcək.

Bunu İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində bildirib.

“İstənilən hərəkətə cavab verəcəyik. Biz müharibəyə can atmırıq, amma müharibədən də qorxmuruq. Mən həqiqətən ümid edirəm ki, bu baş verməyəcək, çünki bu, təkcə bizə deyil, münaqişənin bütün tərəflərinə zərər verəcək”, - Pezeşkian deyib.