ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi hərəkətsiz qalacaq Dünya
Yanvarın 14-də Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinken iki ölkə arasında strateji tərəfdaşlıq sazişi imzalaylblar.
Saziş imzalandıqdan sonra Entoni Blinken: “Bu saziş həm ölkələrimiz, həm də region üçün faydalıdır. İmzaladığımız strateji tərəfdaşlıq sazişi daha möhkəm, daha dinc, daha müstəqil bir Cənubi Qafqaza töhfə verəcək,” - deyə bildirib.
ABŞ Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi qlobal siyasi mənzərəyə təsir imkanı verir. Həmçinin, sazişin Ermənistan - Azərbaycan, ABŞ - Azərbaycan münasibətləri üçün də mühüm təsiredici şərtə çevrilməsi ehtimalı da yüksəkdir.
Politoloq Vüqar Dadaşov "Xalq Cəbhəsi"nə deyib ki, bu sazişin bir mənalı Azərbaycana qarşı yönəlməsi kimi, qənaət doğru deyil. ABŞ - Ermənistan arasında strateji tərəfdaşlıq sazişinə,
"Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” qanun layihəsini təsdiqlənməsi,
Rusiya və İran arasında 20 il müddətinə tərəfdaşlıq müqaviləsi imzalanmasına hazırlıq müstəvisindən baxanda, Paşinyan iqtidarının və ABŞ dövlət siyasətinin mahiyyətinə qiymətdən əsl hədəfin Rusiya və İranın olduğu aydın görünür. ABŞ - Ermənistan arasında sözü gedən saziş imzalandıqdan sonra Entoni Blinkenin "müstəqil bir Cənubi Qafqaz" ifadəsi özündə Qafqazdan Rusiyanın sıxışdırılmasını ehtiva edir. Gürcüstanda da ABŞ başda olmaqla, Qərbin Rusiyaya uduzması, ABŞ - nı Cənubi Qafqazla bağlı daha da aqressiv və hücum xarakterli siyasət yeridəcəyini gözləntiyə çevirmişdi. Ermənistanda Azərbaycanla sərhəddə Avropa İttifaqının müşahidə missiyasına ABŞ-dan bir qrupun qoşulması da Cənubi Qafqazda oturuşmaq siyasətinə söykənir. Əlbəttə Rusiya Paşinyan iqtidarı ilə Ermənistanın Rusiyaya qarşı siyasətinə ümumiyyətlə hələ ki, dözümlülük nümayiş etdirir, xəbərdarlıq notunda cavab verir. Son hadisələr fonunda, Rusiya Federal televiziya kanallarında faktiki olaraq Ermənistana 10 noyabr Moskva bəyannaməsi daxilində "Zəngəzur dəhlizini" önə çıxarır. Ermənistan isə öz növbəsində Rusiyaya bu təbliğat və informasiya yayımına görə nota verir. ABŞ və ümumiyyətlə Qərbin Cənubi Qafqazda möhkəmlənməsi üçün Ermənistan - Azərbaycan arasında daimi gərginlik vasitə kimi qorunur. Ermənistan faktoru nəinki Qərbin, zaman-zaman İran və Rusiya tərəfindən də Azərbaycan və Türkiyəyə qarşı, regiona qarşı bir alət kimi istifadə olunub:
"İranın da son vaxtlar Azərbaycanla, eləcə də daxilində ardlcıl hərbi təlimlər keçirməsi, yeraltı silah bazalarının nümayiş etdirməsi, İrana Ermənistan üzərindən ABŞ və İsrailin müdaxilə etməsinin mümkünlüyündən xəbər verir. Bir neçə gün əvvəl, İranın Təhlükəsizlik Şurasının katibi Əli Əhmədianın Ermənistana və Azərbaycana səfəri də, "İran üçün Cənubi Qafqazın təhlükəsizliyi vacibdir” - kəlməsi kölgəsində məhz İranın özünün təhlükəsizliyi ilə bağlıdır (Baş verənlər, Ermənistanın İrana xəyanətinn, İranın isə Azərbaycan qarşısında isə xəcalətinin sübutdur).
Yenidən seçilmiş ABŞ prezidenti Donald Trampın Rusiyaya daha loyal münasibəti Bayden administrasiyasını çox narahat edir. ABŞ - da səlahiyyətlərini tezliklə təhvil verəcək Bayden iqtidarı da Rusiya - ABŞ arasında uçurumu dərinləmək istəyir. Ancaq dəfələrlə qeyd etdiyim kimi, Donald Tramp ABŞ-ın oturuşmuş dünya siyasətini əsaslı şəkildə dəyişmək iqtidarında deyil".
ABŞ Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasından sonra, eləcədə Ermənistanın ABŞ, Fransa, Hindistan, Yunanıstan və bir müddət əvvəl İran tərəfindən silahlanması Ermənistan Azərbaycan arasında yeni gərginlik, müharibə ehtimalını artırır. Ancaq, ABŞ Gürcüstandan sonra, Cənubi Qafqazın açar dövləti Azərbaycanla münasibəti tam korlamayacaq və Ermənistanın mümkün yeni revanş müharibəsində iştirak etməyəcək, heç müharibənin baş verməsinə də. Çünki, ABŞ-ın müttəfiqi, NATO-un ən güclü ordularından biri Türkiyə də Azərbaycanın müttəfiqidir. Əlbəttəki ABŞ və Türkiyə Ermənistana görə üz-üzə gələn deyil. Bu günlərdə Türkiyə və Azərbaycan Qarsda hərbi təlim keçirəcək. Mümkün Ermənistan Azərbaycan müharibəsinə İsrailin də münasibəti ABŞ üçün vacibdir. Böyük Britaniya isə konkret səddir:
"Digər tərəfdən də, Avropaya rus qazının Ukrayna üzərindən dayandırılması ilə Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artırıbb. Bu da çox ciddi faktordur.
Yuxarıda qeyd edilənlər ABŞ-ın daha doğrusu, Bayden administrasiyasının Azərbaycana, Türkiyəyə qarşı siyasi kursunun davamında mümkündür. Ancaq yanvarın 20-dən sonra Donald Tramp administrasiyası Azərbaycana və Türkiyəyə qarşı çətin bu kursu yeritsin. Ehtimal çoxdur ki, Donald Tramp dövründə ABŞ və Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq sazişi hərəkətsiz qalacaq, xüsusən də Azərbaycan və Türkiyəyə münasibətdə".
Cavid