“Həmas ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayırıq” Dünya

“Həmas ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayırıq”

Türkiyənin Xarici İşlər Nazirliyi Həmas və İsrail arasında atəşkəs razılaşmasından sonra açıqlama yayıb.

Xalqcəbhəsi.az Türkiyənin “sondakika.com” saytına istinadən bildirir ki, açıqlamada "Həmas ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasını alqışlayırıq" - deyə qeyd edilib.

Açıqlamada həmçinin Qətər və Misir başda olmaqla, vasitəsi ölkələrə göstərdikləri səylərə görə təşəkkür edilib.

Nazirlik eləcə də beynəlxalq ictimaiyyəti İsrailin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün tədbirlər görməyə çağırıb.