2 min fələstinli məhbusun müqabilində 33 israilli əsir azad ediləcək Dünya

2 min fələstinli məhbusun müqabilində 33 israilli əsir azad ediləcək

Yanvarın 16-da Dohada İsrail ilə Fələstinin Həmas qruplaşması arasında girovların azad edilməsi və Qəzza zolağında atəşkəs haqqında sazişin birinci mərhələsi 2 min fələstinli məhbusun müqabilində 33 israilli əsirin azad edilməsini nəzərdə tutur.

Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, sazişin birinci mərhələsi 42 gün davam edəcək, sazişin icrasına isə onun imzalanmasından iki-üç gün sonra başlanacaq. Əvvəlcə 33 girov azad ediləcək: əvvəlcə qadınlar və uşaqlar, sonra qadın əsgərlər, sonra 50 yaşdan yuxarı kişilər və “humanitar hal” kimi tanınan gənclər.

Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan 2 min məhkum terrorçunu, o cümlədən 7 oktyabr 2023-cü il hadisələrindən sonra saxlanılan minə yaxın adamı azad edəcək.

Cavid