Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri NATO-nun baş katibi ilə görüşüb Dünya

Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri NATO-nun baş katibi ilə görüşüb

Türkiyənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Belçikanın paytaxtı Brüsseldə NATO-nun baş katibi Mark Rutte ilə görüşüb.

Xalqcəbhəsi.az Türkiyənin “sozcu.com.tr” saytına istinadən bildirir ki, görüşdə Türkiyənin müdafiə sənayesinə verdiyi töhfələr, Türkiyə ilə alyans arasında strateji əməkdaşlıq müzakirə edilib.

H.Görgün “müdafiə sənayemizin NATO standartlarına uyğun qabaqcıl texnologiya məhsulları və sahədə sübut edilmiş həlləri ilə alyansın təhlükəsizlik arxitekturasına əhəmiyyətli töhfələr verdiyini vurğuladıq” deyə qeyd edib.

O, görüşün son dərəcə məhsuldar keçdiyini bildirərək gələcəkdə alyansla birgə layihələr həyata keçirəcəklərini və əməkdaşlığın inkişaf etdirilməsində qərarlı olduqlarını bildirib.

H.Görgün, görüşlə bağlı açıqlamasında “Müdafiə sənayemizin imkanlarını müttəfiqlərimizlə bölüşməyə davam edəcəyik. Qonaqpərvərliyinə və dəyərli fikirlərinə görə cənab Rutteyə təşəkkür edirəm” deyə əlavə edib.