Paşinyan Putini Aİ ilə münasibətlərlə bağlı məlumatlandırıb Dünya

Paşinyan Putini Aİ ilə münasibətlərlə bağlı məlumatlandırıb

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Kreml məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistanın Avrasiya İqtisadi İttifaqındakı sədrliyinin yekunlarını, bu qurum çərçivəsində keçirilməsi nəzərdə tutulan tədbirlər, eləcə də ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparıblar.

Söhbət zamanı həmçinin xüsusilə də energetika sahəsində inteqrasiya məsələsi də diqqət mərkəzində olub.

N. Paşinyan Rusiya liderinə ölkəsinin Avropa İttifaqı ilə münasibətləri və bu istiqamətdə atılacaq addımlar barədə də məlumatlandırıb:

“Rusiya Prezidenti Vladimir Putin Ermənistan hökumətinin başçısına Avropa İttifaqı ilə əməkdaşlıqla əlaqədar tövsiyələrini verib”.