Həmasdan atəşkəs açıqlaması Dünya

Həmasdan atəşkəs açıqlaması

Həmas İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməməsi nəticəsində yaranan maneələrin vasitəçilərin səyi ilə aradan qaldırıldığını bildirib.

Xalqcəbhəsi.az Türkiyənin “birgun.net” saytına istinadən xəbər verir ki, Həmas açıqlamasında qeyd edib, İsrailin atəşkəs razılaşmasının şərtlərinə əməl etməməsi səbəbindən yaranan maneələr bu gün vasitəçilərin səyləri sayəsində aradan qaldırılıb.

Həmçinin fələstinli qrupların və əhalinin bütün təbəqələrinin iştirakı ilə “milli məhbus mübadiləsi”nin hədəfləndiyi vurğulanan açıqlamada “Məhkumların dəyişdirilməsi razılaşmasının birinci mərhələsində azad ediləcək şəxslərin siyahıları mərhələ və prosedurlara uyğun olaraq Məhbuslar Bürosu tərəfindən yayımlanacaq” deyə qeyd olunub.