Rusiyanın qaz satışından gəlirləri azaldı Dünya

Rusiyanın qaz satışından gəlirləri azaldı

Yanvar-noyabr aylarında Rusiyanın Avropa ölkələrinə qaz satışından əldə etdiyi gəlir 2023-cü ilin eyni dövrü ilə müqayisədə ümumilikdə 7,9% azalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa Statistika Xidməti məlumat yayıb.

“Hesabat dövründə Avropa ölkələri boru kəməri vasitəsilə Rusiyadan ümumilikdə 6,7 milyard avroluq qaz alıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Rusiyanın Avropaya qaz ixracı yanvarın 1-dən tamamilə dayandırılıb.