İsrail əsirlərin azad olunacağı tarixi açıqladı Dünya

İsrail əsirlərin azad olunacağı tarixi açıqladı

İsrail Baş naziri Benyamin Netanyahunun ofisi Qəzza zolağından olan ilk əsirlərin planlaşdırıldığı kimi yanvarın 19-dan etibarən azadlığa çıxacağını təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu haqda “Tayms of İsrail” məlumat yayıb.

HƏMAS-la İsrail tərəfi arasında əldə olunmuş razılaşmaya görə, bazar günü HƏMAS üç əsiri azad etməlidir. Razılaşmanın ilkin mərhələsində qruplaşma ümumilikdə 33 əsiri sərbəst buraxmağı öhdəsinə götürüb.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında əldə olunmuş barışıq haqda saziş İsrailin hərbi-siyasi kabineti və nazirlər kabineti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək.