Pezeşkian və Putin Cənubi Qafqazı müzakirə etdi Dünya

Pezeşkian və Putin Cənubi Qafqazı müzakirə etdi

İran Prezidenti Məsud Pezeşkian Rusiya Prezidenti Vladimir Putinlə Cənubi Qafqaz və Əfqanıstandakı vəziyyəti müzakirə edib.

Xalqcebhesi.az xəbər verir ki, Pezeşkian bu barədə Rusiya-İran danışıqlarının yekunlarına dair mətbuat konfransında deyib.

"Biz Cənubi Qafqaz, Suriya, Yaxın Şərq və Əfqanıstanda əməkdaşlıq məsələlərini və istiqamətlərini müzakirə etdik", - o bildirib.

Qeyd edək ki, İran prezidenti Moskvada səfərdədir. O, rusiyalı həmkarı Vladimir Putinlə ilə strateji tərəfdaşlıq sazişi imzalayıb.