İrəvana uçan təyyarə məcburi eniş etdi Dünya

İrəvana uçan təyyarə məcburi eniş etdi

İrəvana uçan təyyarə kondisioner sistemindəki nasazlıq səbəbindən Mineralnıye Vodı hava limanında məcburi eniş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Təyyarədə 86 sərnişin və 4 ekipaj üzvü olub.

Eyni zamanda, Zvartnots hava limanının mətbuat katibi Lusine Moqrovyan “Sputnik Ermənistan”a açıqlamasında təyyarənin “Red Wings” aviaşirkətinə məxsus olduğunu bildirib.

Uçuş Mineralnıye Vodıdan İrəvana həyata keçirilməli idi.