Zelenskinin bu qərarı AB-yə ziyan vurur, dəyişməsə... - Fitso Dünya

Zelenskinin bu qərarı AB-yə ziyan vurur, dəyişməsə... - Fitso

Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmaq qərarı Slovakiyaya və Avropa Birliyinə ziyan vurur.

Xalqcebhesi.az xəbər verir ki, bunu Slovakiya Baş naziri Robert Fitso Almaniya kansleri Olaf Şoltsla telefon danışığından sonra deyib.

O vurğulayıb ki, Ukrayna hakimiyyəti qərara yenidən baxmasa, ölkəsi tədbirlərini görəcək.

Qeyd edək ki, cari ilin yanvarın 1-də Ukrayna ərazisindən Rusiya qazının Avropaya tədarükü dayandırılıb.